2020-ci ilin aprel ayında Nazirlər Kabineti Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Mərkəzi Bankına yeni iqtisadi reallıqları özündə əks etdirən makroiqtisadi siyasət çərçivəsinin hazırlanmasının icrasını tapşırıb.
Bu barədə bu gün Nazirlər Kabineti tərəfindən “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Prezidentin sərəncamının icrası ilə bağlı bu gün təqdim tədbirlər planının 3-cü hissəsində Makroiqtisadi və Maliyyə Sabitliyi ilə bağlı hissədə bu məlumatlar verilir.
İkinci hissədə ayrıca Azərbaycan Mərkəzi Bankına:
- il ərzində monetar situasiyadan asılı olaraq sterilizasiya portfelinin həcminin genişləndirilməsi
- aprel ayı ərzində karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi
- il ərzində kapitalın hərəkəti və valyuta rejiminin effektivliyinin artırılması istiqamətlərində kompleks tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsi kimi məsələlərin icrasını həyata keçirilməsi tapşırılıb.
Proqramın adı | İcra edin orqanlar | İcra Müddəti |
1. Yeni iqtisadi reallıqları özündə əks etdirən makroiqtisadi siyasət çərçivəsinin hazırlanması |
AMB, MN, İN | 2020-ci ilin aprel ayı |
2. Monetar situasiyadan asılı olaraq sterilizasiya portfelinin həcminin genişləndirilməsi |
AMB | 2020-ci il ərzində |
3. Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi |
AMB | 2020-ci ilin aprel ayı |
4. Kapitalın hərəkəti və valyuta rejiminin effektivliyinin artırılması istiqamətlərində kompleks tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsi |
AMB | 2020-ci il ərzində |