Avropa İttifaqı koronavirusun yayılması ilə əlaqədar olaraq vətəndaşların bir ay özünü təcrid etməsi nəticəsində ÜDM-un 2,5-3%-ni itirəcəkdir.
Banker.azxəbər verir ki, bu haqda daxili bazarlar üzrə Avropa komissası Tyerri Breton “Le Parisien” nəşrinə verdiyi müsahibədə bildirib.
“Onlar (iqtisadi fəsadlar) çox ağır olacaq”, – deyə komissar söyləyir. – Özünü təcrid rejimi bir ay davam etsə, biz ÜDM-un 2,5-3%-ni, iki ay davam etsə – 5-6%-ni itirəcəyik”.
Bretonun fikrincə, bu böhranı birgə səylərlə aradan qaldırmaq lazımdır. “Bu böhranın iqtisadiyyat üçün nəticələri çox çətin olacaq və bununla mübarizə üçün əsas vasitə həmrəylikdir, – deyə Tyerri Breton bildirir. – Avropa dövlətləri, qitələr arasında, eləcə də Çin və bəlkə də ABŞ ilə mübahisəsiz həmrəylik”.
Qeyd edək ki, bu günə qədər dünyada yeni koronavirus infeksiyasına 1,1 milyon insan yoluxub, onlardan 60 min nəfəri həyatını dəyişib.