“AZSIĞORTA” Sığorta Şirkəti ASC-nin cəmi gəlirləri 36% kiçilib.
Banker.az bu barədə S.Ş-nin 2019-cu il üzrə maliyyə hesabatına istinadən xəbər verir.
2018-ci il üzrə cəmi gəliri 30,05 mln. manat təşkil etdiyi halda, 2019-cu ildə bu götərici 19,17 mln. manata düşüb.
Bu gəlirlərin əsasının, 15,32 mln. manatı əsas əməliyyat gəlirləri, 3,98 mln. manatı investisiya gəlirləri təşkil edib.
“AZSIĞORTA”nın 2019-cu il üzrə cəmi xərcləri 18,21 mln. manat təşkil edib ki, nəticədə sığorta şirkətinin illik xalis mənfəəti 719 min manat olub.
Qeyd edək ki, Sığorta Şirkəti 2018-ci ildə 4,41 mln. manatlıq xalis mənfəət etmişdi.