9 C
Baku
Thursday, December 12, 2024

Samsung şirkəti LCD ekranların istehsalını tamamilə dayandıracaq

Uzun müddət ərzində mobil cihazlarda LCD ekranlardan istifadə olunurdu. Lakin son illərdə bu cür ekranlara olan tələbat aşağı düşürdü. Bir çox istehsalçılar artıq OLED ekranlara keçid edirlər. Bu səbəbdən də Samsung şirkəti LCD ekranların istehsalını tamamilə dayandırmaq qərarını verdi. Bu barədə Gizchina saytı xəbər verib. Samsung Display-in təmsilçisi qeyd edib ki, şirkət bu ilin sonuna kimi Cənubi Koreya və Çində olan bütün LCD istehsalat xətlərini bağlayacaq.

Məlumatda qeyd edilib ki, bundan sonra şirkət öz əsas diqqətini OLED ekranlara və kvant nöqtələr əsaslı ekranlara ayıracaq. Kvant nöqtələr əsaslı ekranlar müasir ekranların inkişafında ən perspektiv istiqamətlərdən biridir. Belə ki, bu cür ekranlar LCD ekranlar ilə müqayisədə 5 dəfə daha az enerji sərf edir və OLED ekranlar ilə müqayisədə daha uzunmüddətli çalışma dövrünə sahibdirlər. Əsas faktorlardan biri isə sözügedən ekranların istehsalının ucuz başa gəlməsidir.

©Technote

Son xəbərlər
Digər xəbərlər