Bütün dünyanı bürümüş COVİD-19 pandemiyasına qarşı mübarizədə böyük qəhrəmanlıq göstərən tibb işçilərimizə ehtiram nümunəsi olaraq Azərbaycan Beynəlxalq Bankı maraqlı bir kampaniya elan edib.
7 aprel Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar start verilən kampaniya çərçivəsində aprel ayının sonunadək ölkəmizin tibb işçiləri bu bankın xidmətlərindən ödənişsiz istifadə edəcəklər. Məsələn, kassa əməliyyatları, respublika daxilində və xaricə köçürmələr, eləcə də hesablardan arayışların verilməsi və s. üçün tibb işçilərindən heç bir komissiya haqqı tutulmayacaq. Bankın ödənişsiz xidmətləri ilə bağlı məlumatları buradan əldə edə bilərsiniz.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: “COVİD-19 pandemiyasına qarşı mübarizədə əsas yük tibb işçilərinin üzərinə düşür. Azərbaycanın tibb işçiləri bu prosesdə böyük fədakarlıq göstərirlər. Biz də yaratdığımız imkanlarla bu insanlara faydalı olmaq istəyirik. Pandemiyanın qarşısının alınmasına gərgin əmək sərf edən hər bir tibb işçisinə minnətdarlığımızı bildirirək onları kampaniyamızdan faydalanmağa çağırırıq”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.