Bu günə qədər Sumqayıt Kimya Sənaye Parkında 22 sahibkara rezident statusu verilib. Hazırda 14 rezident istər daxili, istərsə də xarici bazarlar üçün məhsul istehsal edir”.
Bunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov deyib.
“Sənaye parkına ümumi investisiya qoyuluşu portfeli 3,1 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Real kapital qoyuluşu isə 2,8 milyard ABŞ dollarıdır. Hazırda burada 5 mindən artıq insan işlə təmin olunub”, – o bildirib.
©Report