Formula 1 komandalarından biri olan Mercedes, yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı mübarizəni dəstəkləmək üçün istehsal etdiyi nəfəsalma cihazlarının dizaynlarını pulsuz olaraq paylayacağını açıqladı.
Banker.az xəbər verir ki, Mercedes tərəfindən edilən şərhdə, London Akademiyası Universiteti (UCL) ilə birlikdə həyata keçirilən layihə ilə hər gün 1000 nəfəs cihazının istehsal edildiyi bildirilib.
Milli Səhiyyə Xidmətləri əvvəlcə 10 min cihaz sifariş edərkən, “Koronavirusla qlobal mübarizəni dəstəkləmək üçün istehsalçılara pulsuz olaraq tənəffüs cihazlarının dizaynını təqdim edəcəyik.” kimi ifadələr işlədilib.