16 C
Baku
Monday, May 6, 2024

“Microsoft” şirkəti “dünyanın ən təhlükəli domeni”ni aldı

“Microsoft” potensial olaraq “dünyada ən təhlükəli” sayılan corp.com domeninin sahibi olub. İlk dəfə olaraq bu domeni sahibkar Mayk O’Konnor əldə etmişdir. 1990-cı illərin ortalarında investor öz internet provayderini (Go-fast.net) təsis edərək, bar.compub.com və place.com kimi saytları qeydiyyata aldı.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Sahibkarın sözlərinə görə, sonradan bu saytlat “çöx yüksək” qiymətə satılıb.
Buna baxmayaraq, Mayk corp.com domenini satmağa tələsmirdi. Odur ki, bu domen böyük korporativ məlumat sızması üçün əlavə təhdiddir, əsas da Windows-un əvvəlki versiyalarında (məsələn, Windows 2000 Server). Belə ki, bu əməliyyat sistemlərində təhlükəli Active Directory xidmətindən istifadə edilir.

Qeyd edildiyi kimi, corp.com domeni hərraca 1,7 milyon dollar qiymətinə çıxarılıb. “Microsoft” un onu hansı qiymətə alması barədə məlumat yoxdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər