3 C
Baku
Saturday, December 14, 2024

FED-in keçmiş sədri pandemiyadan sonra sürətli iqtisadi canlanma gözləmir

Koronavirusla mübarizə tədbirləri səbəbiylə ABŞ iqtisadiyyatı bu rübdə 30% və ya daha çox azala bilər. FED-in keçmiş sədri Ben Bernanke qeyd edir ki, iqtisadiyyatın canlanması bir neçə il çəkə bilər.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

“Ümumiyətlə, bu il iqtisadiyyat üçün çox pis ola bilər”, – deyə Bernanke çərşənbə axşamı günü Brukinq İnstitutu (Brookings Institution) tərəfindən təşkil edilən telekonfrans zamanı bildirib.

Onun sözlərinə görə, pandemiyadan sonrakı canlanma 2007-2008-ci illərdəki qlobal maliyyə böhranı dövrü ilə müqayisədə daha qısa olacaq.
“Əgər pandemiyanın qarşısını ala bilsəydik, əlbəttə ki, iqtisadiyyat sürətlə bərpa olardı”, – Bernanke qeyd edir.

FED balans hesabatını genişləndirməyə, eləcə də bazarların fəaliyyətini dəstəkləmək üçün digər proqramlar irəli sürə bilər.

Xatırladaq ki, martın sonlarında FED-in balansı ilk dəfə olaraq 5 trilyon dolları ötdü. Mərkəzi Bank maliyyə bazarını dəstəkləmək üçün sonsuz sayda xəzinə istiqrazları və qiymətli kağızları almağa söz verib.
Bu, “çox ağır və dəhşətli il olacaq”, lakin “hər şey yaxşı getsə, bir-iki ilə indikindən daha yaxşı vəziyyətdə olacağıq”.

Son xəbərlər
Digər xəbərlər