“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 fevral tarixli fərmanına dəyişiklik edlib.
Banker.az bildirir ki, Prezidentin 8 aprel 2020-ci il tarixdə imzaladığı fərmanda, agentliyin nizamnamə kapitalının 500 000 manatdan 954 008 manata qədər çatdırması qeyd edilir.