14 C
Baku
Sunday, November 24, 2024

“Fitch” KIA Motors-un reytinqini “neqativ”ə endirir

Beynəlxalq reytinq agentliyi “Fitch” Cənubi Koreyanın “Hyundai Motors” şirkətinin törəməsinin kredit reytinqini yenidən qiymətləndirib.

Bu barədə Banker.az reytinq agentliyinin bu gün dərc etdiyi məlumata istinadən xəbər verir.

Belə ki, “KIA Motors” korporasiyasının kredit reytinqini stabildən neqativə endirib. Korporasiyanın uzun müddətli defolt reytinqini isə “BBB+” kimi qiymətləndirməli olub.

Neqativ qiymətləndirmənin narahatlıqla qeyd edən agentlik, buna səbəbinin koronavirus pandemiyası xüsusiylə də 2020-ci ildə, şirkətin əməliyyat performansına və maliyyə profilinə mühüm təsir edəcəyini bildirir.

COVID-19 pandemiyası səbəbindən dünyada avtomobilə olan təlabatın dayanması şirkətin satışları və digər tərəfdən isə maliyyə öhdəlikləri ilə üz-üzə qalmasına səbəb olub.

“Fitch” avtomobil istehsalı sənayesi ilə bağlı enişin müddətini və təsir gücünü hələ ki qeyri-müəyyən olduğunu qeyd edir. Lakin, bu hadisələrə baxmayaraq “KIA Motors”un bu sənayedə geriləməyə çevik cavab verə bilmə maliyyə gücünün olduğunu da qeyd edib.

Son xəbərlər
Digər xəbərlər