13 C
Baku
Monday, May 6, 2024

İtaliyada bəzi qadağalar bu ay sonunda aradan qaldırıla bilər

İtaliyada koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan bəzi qadağa və məhdudiyyətlər aprelin sonunadək aradan qaldırıla bilər.
Bu barədə İtaliyanın Baş Naziri Cüzeppe Konte BBC-yə müsahibəsində deyib.

Baş Nazir bildirib ki, epidemiyanın yayılma sürətinin azalması buna imkan verə bilər: “Biz fəaliyyətlərini təkrar bərpa edə biləcək sektorları seçməliyik. Elm adamları da bunu təsdiqləsələr, bu ayın sonunadək bəzi qadağaları yumşaltmağa başlaya bilərik”.

C. Konte bir dəfəyə bütün qadağaların ləğv edilməyəcəyini və martın 9-dan tətbiq edilən karantin tədbirlərinin tədricən aradan qaldırılacağını vurğulayıb.

©APA

Son xəbərlər
 ⁠
Digər xəbərlər