22 C
Baku
Thursday, October 3, 2024

“Sürü psixologiyası”-nın sübutu

Hyuston hava limanının idarəedici heyəti öz yüklərini gözləyən müştərilərdən çoxlu sayda şikayət qəbul edirdilər. Rəhbərlik işə əlavə sayda işçilər cəlb etsə də, şikayətlər azalmırdı. Vəziyyət belə olduqda, müştərilərin yüklərini əldə etmək üçün gəlməli olduqları yol uzadılır. İnsanlar artıq öz əşyalarını gözlədikləri müddəti yol gəlməyə sərf edirdilər. Və şikayətlər dayandı…

Kütləvi sayda göydələnlərin inşasına başladıqda bir çox sakinlər uzun müddət lift gözlədiklərindən şikayətlənməyə başlayır. Belə olduqda liftlərin yanında güzgülər quraşdırılır ki, bu da insanlara öz xarici görünüşlərinə və ətrafdakı insanlara nəzər salmaq imkanı yaradırdı. Və şikayətlər dayandı…

Supermarketlər yarandıqda bir çox satıcılar kassa önündə aldıqları əşyalar ilə birgə uzun müddət gözlədiklərindən şikayət etməyə başlayırlar. Belə olduqda kassanın yaxınlığında saqqız, şokolad, qoruyucu və s. xırda əşyalar satılan hissə yaradılır. Bu supermarketlərə əlavə olaraq 5 milyard dollar qazanmaq imkanı yaradır. Və şikayətlər dayandı…

Disneyland-in ilk ziyarətçiləri müxtəlif attraksionlar qarşısında çox gözləməli olduqlarını deyərək şikayət edirlər. Belə olduqda Disney insanların attraksion üçün gözləməli olduqları vaxtı əks etdirən lövhə yaradır. Bu löhvələrdə vaxt insanların əslində gözləməli olduğundan çox göstərilir. Bunu görən insanlar “gözləməli olduqları vaxtdan” az gözlədiklərini görərək çox sevinirlər. Və şikayətlər dayandı…

Son xəbərlər
Digər xəbərlər