Rusiyanın ən böyük bankı olan “Sberbank”, sürətlə yayılan Covid-2019 pandemiyası fonunda xəstəxanalar, ofislər, metro və digər ictimai yerləri dezinfeksiya edən robot üzərində işləyir.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Prototip ultrabənövşəyi lampalarla təchiz edilib və beş dəqiqədə 20 m2 – lik otağı dezinfeksiya edə bilir.
Otağı bir dəfə “araşdırdıqdan” sonra robot özü-özünə hərəkət etməyə başlayır. İçəri insan daxil olan kimi maşın işini dayandırır.
Hal-hazırda yeni robot bankın ofislərində test edilir. Sonda bu layihənin genişləndirilməsi barədə qərar qəbul ediləcək.







