İspaniyanın “Barselona” futbol klubunun prezidentliyinə namizəd Viktor Font Katalon komandasının cari vəziyyəti haqqında fikirlərini bölüşüb.
Bu barədə “Mundo Deportivo” xəbər verir.
O, qeyd edib ki, klub Neymarın işinə görə qeyri-sabit vəziyyətdədir. Futbolçular, əməkdaşlar arasında mübahisələr, sosial şəbəkələrin işi üzrə yoxlamalar mövcuddur.
“Bura qeyri sabit idman siyasətini, müdiriyyətin ayrılmasını və koronavirusla əlaqədar gəlirlərin əhəmiyyətli şəkildə azalmasını əlavə edin. Klub iqtisadi və mənəvi müflislik təhlükəsi altındadır. Oyun qurtarıb”, – o bildirib.
Qeyd edək ki, daha əvvəl “Barselona” klubunun İdarə Heyətinin 6 üzvü vəzifələrini tərk edib.
Funksionerlər koronavirus pandemiyası zamanı klubu idarə edə bilməmələri və sosial şəbəkələrdə ulduz futbolçu Lionel Messinin tənqid olunması barədə işlərlə əlaqədar istefa veriblər.
Report