7 C
Baku
Thursday, December 12, 2024

Birjalarda neftin dəyərində ‘dirçəliş’ var

Ötən gün Azərbaycanın da qoşulduğu OPEC+ alyansı ötən gün tarixi anlaşmanı təsdiqlədi. Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman sədrliyi və Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novakın həmsədrliyi keçiriləcək görüşə OPEC və “Əməkdaşlıq Bəyannaməsi”ndə iştirak edən qeyri- OPEC ölkələrinin nazirləri qatılıb.

9 apreldə verilən qərar – gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln.barrel azaldılması qərarının icrasına – ötəngünki videokonfrans vaitəsi ilə keçirilən iclasda yekdilliklə razılıq verilib.

Bu arada dünya birjalarında xam neftin qiymətində faiz fərqi ilə nisbətən “dirçəliş” müşahidə edilib. Bloomberg-in Bakı vaxtı ilə 8:50 radələrinə olan göstəriciyə görə, Londonun ICE qitələrarası birjasında iyun füçerslərində Brent neftin bir barelinin dəyəri 1,32 dollar (USD) artmaqla 32,80 USD olub, bu günlük 4,19% bahalaşma deməkdir.

ABŞ nefti – WTI (Qərbi Texas nefti) bir barel üzrə 23,90 USD olub ki, bu 1,14 USD günlük artım deməkdir (5,01%).

Koronavirus pandemiyası fonunda dünya birjalarında neftə tələbat kəskin düşmüşdü. Bu isə əsas neft istehsalçıları – S.Ərəbistanı və Rusiya ilə hasilatın azaldılması qərarında razılığa gələ bilməmə səbəbindən, iki nəhəng neft ixracatçısı arasında gərginlik ortaya çıxarmışdı.

Bir çox analitiklər neftin dəyərinin təlabatın kəskin düşməsinə görə və xam məhsulun bolluğunu nəzərə alaraq 10 USD/barel olma ehtimalını siqnal vermişdilər.

Son xəbərlər
Digər xəbərlər