2 C
Baku
Saturday, December 14, 2024

Banklar AMB-yə depozit qoyub, pul qazanmağa qaçırlar – Tələbat kəskin artıb

Azərbaycan Mərkəzi Bankı tərəfindən banklardan 2 həftəlik depozitlər üçün nəzərdə tutulan 13 aprel hərracı çox böyük rəqabətlə tamamlanıb.

Banker.az-a AMB-dən daxil olan məlumata görə, Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 426,9 mln. manat təşkil edib. Bu isə karantin remi ərzində müşahidə edilmiş ən böyük fərqli tələb-təklif fərqinin olması deməkdir.

AMB bu hərracda öncəki hərracdakı bankların vəsaitərində marağın artığını görərək, 200 mln. manatdan (hərracı isə 258,7 mln. manat tələblə bitmişdi) 250 mln. manata qədər cəlb edilməsini planlamışdı.

Bildyimiz kimi, banklar hazırda kreditləşməni dayandırdığı üçün öz əllərində olan vəsaitlərlə AMB-yə depozit qoyub, pul qazanmağa daha çox meyillilik hiss olunur.

Bugünki hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,85% təşkil edib. Öncəki hərracda orta faiz dərəcəsi 6,76% təşkil edirdi.

Son xəbərlər
Digər xəbərlər