23 C
Baku
Wednesday, October 9, 2024

Epidemiyanın iqtisadiyyata təsirləri II Dünya müharibəsindən sonrakı dövrdə ən yüksək həddə çatıb

Dünyanın bir çox ölkəsində koronavirusun (COVID-19) yayılma sürətini azaltmaq üçün tətbiq olunan məhdudiyyətlər qlobal iş gücünün 81% və ya 2,7 milyard insanın həyatına mənfi təsir edib.

Bunu Beynəlxalq Əmək Təşkilatı (ILO) “COVID-19” və “Business World” hesabatlarında açıqlayıb.

Məlumata görə, epidemiyanın iqtisadiyyata təsirləri II Dünya müharibəsindən sonrakı dövrdə ən yüksək həddə çatıb.

Bundan başqa, təşkilat bu ilin ikinci rübündə ümumi iş saatlarının 6,7%-ni ləğv olunacağını proqnozlaşdırır. Gəlir qruplarına görə, iş saatlarının mütənasib şəkildə azaldılması ən çox “yuxarı-orta” gəlirlə işləyənlərə, regionlar üzrə isə Ərəb ölkələri, Avropa və Asiya-Sakit okeana təsir edəcəyi gözlənilir.

İqtisadiyyatın ayrı-ayrı sektorları üzrə isə qida, daşınmaz əmlak, istehsalat, topdan və pərakəndə ticarət, nəqliyyat vasitələrinin təmiri ən yüksək risk qrupuna daxildir. Bildirilir ki, qlobal iş gücünün 38%-i və ya 1,25 milyard insan bu sahələrdə çalışır.

ILO hesabatında bu il üçün daha əvvəl proqnozlaşdırdığı 25 milyon nəfərlik qlobal işsizlik artım tempinin epidemiyanın təsiri ilə daha da yüksələcəyini bildirib.

©Report

Son xəbərlər
Digər xəbərlər