Mənim bir dostum var. O, restoranlar şəbəkəsinin sahibidir. Bu yaxınlarda nəqliyyat işçilərinin tətili səbəbindən onlar bir ay müddətində fəaliyyəti dayandırdılar. Tətil başa çatan kimi Covid-19 virusunun yayılması problemi ortaya çıxdı və dostum restoranlarını bağlamağa məcbur oldu. Əlbəttə ki, o tək deyil: dünyada bir çox müəssisə buna oxşar vəziyyətdədir. Qeyri-müəyyənlik yüksək həddə çatsa da, biz hamımız ayaqüstə durmağa çalışırıq.
Son bir neçə il ərzində qeyri-müəyyənliyin öhdəsindən necə gəldiyimizi tədqiq edirəm – panikaya düşmək və riskdən boyun qaçırmaq əvəzinə, mövcud şəraitdə fürsətlər və əlverişli anlar tapmaq. Araşdırmalar zamanı yenilikçilər, şirkət təsisçiləri, CEO-lar və Novel mükafatı laureatları ilə söhbət etdim. Bununla yanaşı, paramediklər, qumarbazlar, sörfçü və vençur investorların təcrübəsini öyrəndim.
Mən başa düşdüm ki, qeyri-müəyyənliyə qarşı dayanıqlı olmaq bacarığı anadangəlmədir. Buna baxmayaraq, hər kəs onu özündə təlim yolu ilə gücləndirə bilər. Adətən elə insanlar daha yaradıcı və uğurlu olurlar, qeyri-müəyyənliyi fürsətə çevirməyi daha yaxşı bacarırlar. Bu insanların istifadə etdiyi mexanizm haqqında sahibkar dostuma danışmaq qərarına gəldim.
Kimyaçı Ben Ferinq mənə dedi: “Əgər qeyri-müəyyənliklə qarşılaşdırnsa, uğursuzluqlar qaçırılmazdır. Özünüzdən soruşun: Bu təcrübə mənə nəyi öyrətdi? İndi nə üzərində işləyə bilərəm? Qeyri-müəyyənliklə müşaiyət olunan freyminqə qarşı dayanıqlığı artırın”.
Freyminq dedikdə, həyatın bu və ya digər hadisələrin bizə təklif etdiyi inkişaf variantlarını necə qəbul etməyimiz nəzərdə tutulur. Məsələn, Daniel Kaniman və Eymos Tverski qeyd edirlər ki, insanlar fərqli formada təqdim olunan eyni fürsətləri fərqli qəbul edirlər. Məsələn, “5% uğursuzluq ehtimalı ilə müalicə” və “95% uğur ehtimalı ilə müalicə” arasında çoxları ikinci variantı seçəcək.
Freyminqin aşağıdakı növləri var:
Təhsil: “Bu təcrübə mənə nəyi öyrədə bilər?”. Ferinq də belə etdi.
Oyun: “Frustrasiya – oyunun bir hissəsidir”. Bir şeyi itirdiyimizə görə özümüzü cəzalandırmaq əvəzinə, sabah qazana biləcəyimizi görürük.
Təşəkkür: “Əlinizdəkinin əhəmiyyətini qəbul edin”. Basketbol əfsanəsi Lu Geriq karyerasının zirvəsində amiotrofik skleroz xəstəliyinin qurbanı oldu. O, idmanla vidalaşanda dedi: “Əziz fanatlarım, son iki həftədə mənim necə şanssız olduğumu görürsünüz. Buna baxmayaraq, bu gün özümü dünyanın ən şanslı insanı hesab edirəm. Bəlkə də şanslı deyiləm, amma əlimdə olanlara görə yaşamağa dəyər”.
Təsadüf: “Həyatda bir çox şey təsadüfidir”. Sahibkar Con Uilson biznesmenin həyatını uçqundan xilas olmaq təcrübəsi ilə müqayisə edir. O və onun komandası bu fəlakətin qarşısını almaq üçün vəziyyəti diqqətlə təhlil etsə də, bu hadisə baş verdi. Bunu xatırladan Con deyir: “Biznesmenlərin qavrayışı budur. Biz bütün dünyanı idarə etdiyimizi düşünürük. Məncə, dünyanı idarə etdiyimizi söyləmək düzgün deyil”. Uğursuzluqlar və müvəffəqiyyətlər düşündüyümüzdən daha az bizdən asılıdırlar, buna görə frustrasiyaya yenidən cəhd etməyinizə mane olmağa imkan verməyin.
Müşahidə etdiyim ən güclü freyminq qəhrəman freyminqi olub. Onun haqqında avstraliyalı rejissor və keçmiş paramedik Benjamin Hilmordan eşitdim. O, növbəti qapıda onu nə gözlədiyini heç vaxt bilmirdi: kimisə xilas edəcək, yoxsa özü təhlükə altında olacaq. Buna görə Hilmor özünü qəhrəman yolunu gedən bir insan kimi qəbul etməyi tövsiyə edir.
Bir dəfə Hilmordan çətinliyə düşdükdə əhval-ruhiyyədən düşməməyin sirrini soruşdum. O mənə belə cavab verdi: “İnsanların əksəriyyəti maneələri “stop” siqnalı kimi qəbul edir. Mən maneələri düzgün istiqamətdə irəlilədiyimin əlaməti kimi görürəm. Bizim sevdiyimiz hekayələr qəhrəmanlardan bəh edir – Lyuk Skayoukerdən Harri Potterə qədər. Qəhrəmanları hamı sevir. Lakin insanı qəhrəman edən maneələrdir!”.
Müəllif haqqında. Natan Ferr (Nathan Furr) – INSEAD strategiyasının professoru, Innovation Capital (HBR Press, 2019), Leading Transformation (HBR Press, 2018), The Innovator’s Method (HBR Press, 2014) kitablarının həmmüəllifi.