Nazirlər Kabineti bu gen əhalinin istehlak etdiyi elektrik enerjisnə dair qərar qəbul edilib.
- “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarı ilə müəyyən edilmiş əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 (yüz) kilovat-saat artırılaraq, 400 (dörd yüz) kilovat-saat müəyyən edilsin.
- Bu Qərar bütün əhali istehlakçılarının aprel ayında sayğac oxunduğu gündən sonrakı iki hesabat ayı üçün istehlak etdikləri elektrik enerjisinə şamil edilir. Hesabat ayı üçün istehlak edilən elektrik enerjisi dedikdə, ardıcıl 30 (otuz) təqvim günü ərzində istifadə edilmiş elektrik enerjisinin həcmi nəzərdə tutulur.
- “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın:
3.1. bu Qərarın 1-ci hissəsi ilə edilən dəyişiklik nəticəsində elektrik enerjisinin əhali tərəfindən aşağı tariflə istehlakından yaranan fərqin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamı ilə ayrılan vəsait hesabına kompensasiya edilməsi məqsədilə zəruri məlumatların və təsdiqedici sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasına təmin etsin;
3.2. bu Qərarın icrasından irəli gələn digər məsələləri həll etsin.