ABŞ-ın neft və qaz nəhəngi “Exxon Mobil”, korporativ istiqrazlar hesabına təxminən 9,5 milyard dollar vəsait cəlb edib. Banker.az xəbər verir ki, şirkət yaxınlaşan böhran şəraitində özünə “pul yastığı” qurmağa çalışır.
“MarketWatch” un mənbələrə istinadən qeyd etdiyi kimi, investorlara cəmi beş istiqraz buraxlışı təklif edilmişdir. Bu qiymətli kağızlar üzrə gəlirlilik 1,557%, 30 illik istiqrazlar üzrə isə 3,442% təşkil edir.
Aprelin əvvəlində Moody`s “Exxon” nun kredit reytinqini “Aaa” səviyyəsindən “Aa1” səviyyəsinə endirdi. İki həftə əvvəl S&P da şirkətin kredit reytinqini aşağı saldı. Agentliklər hesab edirlər ki, karbohidrogen bazarındakı aşağı qiymət mühiti, həmçinin emal həcminin azalması şirkəti “borcla maliyyələşdirilməli olan mənfi sərbəst pul axınlarına hazırlaşmağa” məcbur edir.