20 C
Baku
Wednesday, October 9, 2024

Türkiyədə koronavirusun müalicəsi pulsuz oldu

Korona virusu (Covid-19) olan bütün vətəndaşlar pulsuz müalicə olunacaq. Rəsmi Qəzetdə dərc olunan qərara görə insanların sosial təminatına sahib olub olmadığı yoxlanılmayacaq.

Banker.az xəbər verir ki, Koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində yeni bir qərar qəbul edildi.

Rəsmi Qəzetdə dərc olunan Prezidentin qərarına görə, koronavirusa tutulan bütün vətəndaşların müalicəsi, sosial təminatlarının olub-olmamasından asılı olmayaraq pulsuz həyata keçiriləcəkdir.

Qərarla, fərdi qoruyucu vasitələr, xəstəliyin aşkarlanmasında istifadə edilən testlər, dəstlər, avadanlıq və dərmanlar üçün ödəniş alınmayacaq.

Son xəbərlər
Digər xəbərlər