Multivalyuta əmanəti hesabına siz bir neçə valyutada (manat, avro, ABŞ dolları və funt sterlinq) əmanət açdıra bilərsiniz. Əmanətin müddəti ərzində onun məbləği bir valyutadan digərinə mübadilə edilə bilər.
Hazırda multivalyuta əmanətin növü ilə depozit yerləşdirmək imkanını yaradan banklar çox azdır.
Bankların adı | Valyuta | Faizlər aylıq ödənildikdə | Faizlər müddətin sonunda ödənildikdə | Minimal məbləğ |
Beynəlxalq Bank | AZN, USD | 9% | – | 1 000 ş.v |
EUR, rus rublu və ingilis funtu | 5,8% | – | 1 000 ş.v | |
Bank Technique | AZN, USD, EUR və ingilis funtu | 8% | 8.4% | 1 000 ş.v |
USD və EUR | 8% | 8.4% | 1 000 ş.v | |
Bank Standard | AZN, USD | 8% | 8,3% | 20 000 ş.v. |
EUR | 2,5% | 3% | 20 000 ş.v. |
Bu əmanət növünün üstün cəhətlərindən biri isə mübadilə zamanı, yəni pulunuzu bir valyutadan digər birinə çevirdiyiniz zaman heç bir komisyon haqqı tutulmayacaq və bankın cari məzənnələrinə uyğun olaraq həyata keçiriləcək. Belə depozitlər əsasən rublun məzənnəsinin dollara və avroya nisbətdə kəskin enib-qalxması zamanı daha çox tələb olunur.
Multivalyuta əmanətinin bir mənfi cəhəti var ki, o da faiz dərəcəsi ilə bağlı ola bilər. Çünki bu əmanət növündə təqdim olunan faiz dərəcələri, digər əmanət növləri ilə müqayisədə bir neçə faiz aşağıdır.