6 C
Baku
Monday, December 16, 2024

BVF 25 borclu ölkənin kredit yükünü azaldacaq

Beynəlxalq Valyuta Fondu kasıb ölkələrin borc yükünü azaltmağa kömək etmək qərarına gəlib. Fondun idarəedici direktoru Kristalina Georgiyevanın sözlərinə görə, BVF onlara kredit öhdəliklərini ödəmək məqsədi ilə 500 milyon dollar qrant ayıracaq. Bu pul növbəti altı ayın ödənişləri üçün kifayət etməlidir.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, bu vəsait donor ölkələr tərəfindən ayrılıb. Belə ki, Böyük Britaniya 185 milyon dollar, Yaponiya 100 milyon dollar vəsait ayırıb. Donor ölkələr sırasında həmçinin Çin, Hollandiya da var.
BVF-dən qrant alanların siyahısına Əfqanıstan, Benin, Burkina Faso, Mərkəzi Afrika Respublikası, Çad, Komor, Konqo Demokratik Respublikası, Qambiya, Qvineya, Qvineya-Bisau, Haiti, Liberiya, Madaqaskar, Malavi, Mali, Mozambik, Nepal, Niger, Ruanda, San-Tome və Prinsipi, Sierra-Leone, Solomon aqdaları, Tacikistan, Toqo və Yəmən daxildir.

Son xəbərlər
Digər xəbərlər