Müstəqil Türkiyə Partiyasının (Bağımsız Türkiyə Partiyası) sədri Haydar Baş koronavirusdan ölüb.
Məlumatı “CNNTurk” yayıb.
O, Trabzonda müalicə aldığı xəstəxanada vəfat edib.
Xatırladaq ki, aprelin 13-də Haydar Baş koronavirusa yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Onun ailə üzvlərindən 8 nəfərin də koronavirus testinin nəticəsi pozitiv çıxıb.
©Report