Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Qebreyesus, dünyanın müxtəlif ölkələrində koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması şərtlərini açıqlayıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir
“İndi çox diqqətli və ehtiyatlı olmaq lazımdır”, – ÜST-nın rəhbəri bildirir.
Onun sözlərinə görə, koronavirus infeksiyası sürətlə yayılmağa davam edir. Buna görə insanlar yaxın gələcəkdə davranışlarını dəyişdirməli və xəstəliyin təkrarlanmaması üçün sosial məsafə normalarına riayət etməlidirlər.
ÜST-nin baş direktoru əlavə olaraq qeyd edir ki, Covid-19 haqqında mövcud məlumatlar nəticələr çıxarmaq üçün kifayət deyil.
Sağalanların infeksiyaya qarşı dayanıqlı olmaları güman edilir, lakin bunun nə qədər müddət davam edəcəyi hələ məlum deyil.