“Forbes” yazır ki, dünyanın ən varlı adamı “Amazon” nun baş direktoru Ceff Bezosun sərvəti gündə 6,4 milyard dollar artıb.
Banker.az bu barədə “RBC.ru”ya istinadən xəbər verir.
Nəşrin verdiyi məlumata görə, çərşənbə axşamı günü (14 aprel) Nyu-York birjasında “Amazon”nun səhmlərinin qiyməti 5,3% artıb. Beləliklə, bir qiymətli kağızın dəyəri rekord 2238 dollara çatıb.
Bununla əlaqədar olaraq, “Amazon”da 11.2% paya sahib olan Bezosun sərvəti 6,4 milyard dollar (təxminən 5%) artaraq 138 milyard dollara qədər yüksəlib. Onun keçmiş həyat yoldaşı Makkenzi Bezosun sərvəti isə 2,2 milyard dollar artaraq 44,8 milyard dollara çatıb.