9 C
Baku
Friday, November 15, 2024

Bir milyard kifayət deyil: “Airbnb” daha $1 mlrd. borc almaq istəyir

Cəmi bir həftə əvvəl səhmdarlarla 1 milyard dollarlıq razılaşma əldə etdiyinə baxmayaraq, bütün dünyada qısamüddətli kirayə mənzillərlə məşğul olan “Airbnb” yeni danışıqlar aparır.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, qısamüddətli kirayə xidməti, turizm bazarında tələbin düşməsi fonunda sağ qalmağa çalışır və 1 milyard dollar kredit almaq üçün “Fidelity”, “Oaktree Capital”, “Apollo Global Management”, “Benefit Street Partners” və “Owl Rock Capital” kimi böyük investorlarla danışıqlar aparır.

Agentlik bildirir ki, “Airbnb” hazırda 9,5%  ilə 5 illik kredit məsələsini müzakirə edir ki, bu da keçən həftə şirkətin cəlb etdiyi məbləğin faizindən xeyli aşağıdır – 11,5%. Tərəflər son qərara aprelin 15-də gələ bilərlər.
CNBC-nin verdiyi məlumata görə, yaxın zamanda şirkət mənzillərin sahiblərinə 250 milyon dollar ödəməlidir.

Son xəbərlər
Digər xəbərlər