Yeni növ koronavirus (Covid-19) olan ölkələrdə və bölgələrdə yeni hadisələr haqqında məlumatların tərtib edildiyi “Worldometer”də dünyada ümumi yoluxanların sayı 2 milyon 231-ə çatdı.
Banker.az xəbər verir ki, Covid-19 yoluxanların sayı dünyada 2 milyonu keçdi.
Ən çox bu virusa yoluxan ölkə 614 min 246 ilə ABŞ olub. Bu ölkəni 174 min 60 ilə İspaniya, 162 min 488 ilə İtaliya, 143 min 303 ilə Fransa, 132 min 210 ilə Almaniya və 93 min 873 ilə İngiltərə izlədi. Virusun yaradığı Çində 82 min 295 hadisə qeydə alınıb.
Koronavirusa yoluxma halı 10 mini keçən ölkələr
10 mindən çox virusa yoluxan olan ölkələr aşağıdakı kimi sıralanır:
“İran (74 min 877), Türkiyə (65 min 111), Belçika (31 min 119), Hollandiya (27 min 419), Kanada (27 min 63), İsveçrə (25 min 936), Braziliya (25 min 684), Rusiya (21 min 102), Portuqaliya (17 min 448), Avstriya (14 min 234), İsrail (12 min 464), Hindistan (11 min 487), İrlandiya (11 min 479), İsveç (11 min 445), Cənubi Koreya (10 min 591) və Peru (10 min 303) ”.
Qeyd edək ki, ötən ilin dekabr ayında Çinin Hubey əyalətinin Vuhan şəhərində meydana gələn “Covid-19” 210 ölkə və bölgəyə yayılaraq pandemiyaya çevrildi.