Azərbaycana xaricdən gətirilən avtomobillərin sayı ilin I rübü ərzində 15 492 ədəd təşkil edib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-mart ayları ərzindəndə ölkəyə gətirilən avtomobillərin 14 417 ədədi minik (bunun 1 566 ədədi hibrid mühərrikli), 14 ədədi yalnız elektriklə çalışan, 972 ədədi yük və 37 ədədi isə xüsusi təyinatlı avtomobilləri təşkil edib.
Təkcə mart ayı ərzində Azərbaycana 293 hibrid, 5 ədəd isə elektrik mühərriklər gətirilib.