-3 C
Baku
Sunday, December 15, 2024

Prezident Vüqar Kərimovu nazir müavini təyin etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Vüqar Kərimov Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib.

47 yaşlı yeni nazir müavini buna qədər ETSN-nin Aparat rəhbəri vəzifəsində çalışıb.

V.Kərimovun dosyesini təqdim edirik:

“2 aprel 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub. 1990-1995-ci illərdə Gəncə Dövlət Universitetinin biologiya-kimya fakültəsini bitirib. 1996-1999-cu illərdə AMEA Botanika İnstitutunun aspiranturasını bitirib. 2001-ci ildə Biologiya elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edib.

2000-2007-ci illərdə AMEA Botanika İnstitutunun kiçik, böyük və aparıcı elmi işçi vəzifəsində çalışıb. 2007-2010-cu illərdə AMEA Botanika İnstitutunda Herbari Laboratoriyasının müdiri işləyib. 2008-2010-cu illərdə ARDNŞ-in Ekologiya İdarəsi, Yaşıllaşdırma Departamentinin rəis müavini və rəisi vəzifəsində çalışıb.

2010-2012-cu illərdə ARDNŞ-in Ekologiya İdarəsinin rəis müavini işləyib. 2010-2016-ci illərdə AMEA Botanikas İnstitutunda “Ali bitkilərin sistematikası” şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsini bitirib.

2012-2018-ci illərdə ARDNŞ Azərikimya İB-nin icraçı direktorunun Əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini işləyib. 2018-ci ilin iyun ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri təyin olunub.

Botanika və ekologiya sahəsində 25-dən çox elmi məqalənin və 3 kitabın müəllifidir. Yeni nəşr “Azərbaycanın Qırmızı Kitabı” əsərinin həmmüəlliflərindən biridir.

2016-cı ilin sentyabrında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi medalı” ilə  təltif edilib.

Son xəbərlər
Digər xəbərlər