21 C
Baku
Thursday, October 10, 2024

Azərbaycanda karantin rejiminin sonlandırılması üçün tədbirlər hazırlanır

“Karantin rejiminin sonlandırılması üçün tədbirlər hazırlayırıq”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, karantin rejiminin yumşaldılmasına zərurət yaranıb: “Ancaq katantin rejiminə əməl edilməməsi ikinci dalğanı yarada bilər. Araşdırmaların nəticələri göstərir ki, karantin tədbirlərində laqeydliyə yol verilməməlidir. Bu müddət ərzində zəruri bütün addımlar atılıb, ancaq heç kim arxayınlaşmamalıdır.

20 apreldən nəzarət altında karantin rejimindən tədricən çıxmaqla bağlı müraciət edəcəyik. Bununla bağlı xüsusi qaydalar hazırlanaraq ictimaiyyətə açıqlanacaq”.

©Report

Son xəbərlər
Digər xəbərlər