Hazırda sosial məkanda pullar, banknotlar haqqında çoxlu sayda yazı və məqaləyə rast gəlmək mümkündür. Bu məqalələrin böyük əksəriyyəti bir-birini təkrar edir və bir çox hallarda təsüdüfi məlumatlara əsaslanır.
Banker.az saytı olaraq isə pulların əsl dəyəri və dünya bazarlarındakı yerini araşdırmışıq. Bu araşdırma zamanı kolleksiya edilən və dövriyyədə olmayan 500 min tayland dolları və yaxud 10 min ABŞ dolları kimi banknotlar nəzərə alınmamışdır.
Beləliklə, dünyanın ən “ağır çəkili” pul vahidi Küveyt dinarıdır və cari məzənnəyə əsasən dəyəri 3,5 amerikan dollarıdır. Bu çox qeyri-adi valyutadır. Birincisi, bu pul bir çox banknotlar kimi 100 deyil, 1000 hissəyə bölünür. Kiçik sikkələr isə fils adlanır. İkincisi isə, Küveytdə isə banknotlar kəsrlə çap edilir. Məsələn, ¼ və ½ dinar. Pulların üzərində isə elə belə də yazılıb. Üçüncüsü isə, bu ölkədə ən böyük nominal cəmi 20 dinardır.
Dünyanın ən qiymətli kağız pulları sırasında ilk yerləri isə müasir dövriyyədə 10 min sinqapur dolları və 10 min bruney dolları tutur. Bu valyutalar bir-biri ilə sıx əlaqəlidir və dəyərləri digər valyutalara qarşı eynidir. Lakin sinqapur dolları daha geniş yayılmışdır. Bununla belə, bruney dollarının zamanla “dünyanın ən bahalı” banknotu olmaq ehtimalı da istisna deyil.
İkinci ən qiymətli banknot 1000 isveçrə frankıdır. Bu ilk baxışdan göründüyü kimi, elə də nadir valyuta deyil. İsveçrə Mərkəzi bankı tərəfindən buraxılan kağız pullar 62,7 milyard frank təşkil edir. Bütün 1000 frankların dəyəri isə 38,4 milyard frankdır.
Sinqapur və yaxud avrodan fərqli olaraq, 1000 isveçrə frankı cinayətkarlar tərəfindən nadir istifadə olunur. Cinayətkarlar arasında ən populyar banknot 200 frankdır. Çünki bu nominallı banknot bankirlərin və polisin diqqətini daha az cəlb edir. Lakin 1000 isveçrə frankının öz pərəstişkarları da mövcuddur. Bu isveçrəli təqaüdçülərdir və onlar öz yığım əmanətlərini tək bank hesablarında deyil, həm də bu banknotla yığmağa üstünlük verir.
Comments are closed.