2 C
Baku
Saturday, December 14, 2024

Gürcüstan müntəzəm uçuşlara qoyduğu məhdudiyyətin vaxtını uzadıb

Gürcüstanda müntəzəm hava yolu səfərlərinə qoyulan məhdudiyyət mayın 10-dək uzadılıb.

Bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, ehtiyac olduğu təqdirdə yalnız çarter uçuşları həyata keçiriləcək.

Qeyd edək ki, koronavirusun yayılma riski ilə əlaqədar martın 21-dən etibarən Gürcüstana bütün istiqamətlərdən müntəzəm uçuşlar dayandırılıb.

©APA

Son xəbərlər
Digər xəbərlər