9 C
Baku
Thursday, December 12, 2024

Çin iqtisadiyyatı 43 ildə ilk dəfə olaraq 7% çöküb

Çin iqtisadiyyatı (ÜDM) koronavirus pandemiyasının sürətlə yayılması səbəbindən 1976-cı ildən bəri ilk dəfə olaraq 6,8% azalıb. Bu, iqtisadçıların daha əvvəl proqnozlaşdırdığı göstəricidən çoxdur.

Banke.az xəbər verir ki, bu barədə ÇXR-in Milli Statistika Bürosuna istinadən “South Chine Morning Post” məlumat verib.

Qeyd edildiyi kimi, xüsusilə sənaye, pərakəndə ticarət və əsas kapitala investisiya sahələri zərər çəkib. Pərakəndə satışlar 15,8%, investisiyalar isə 16,1% azalıb.

Çində işsizlik səviyyəsi mart ayında 5,9% təşkil edib. Xatırladaq ki, fevral ayının sonunda “Pacific Investment Management Co.” (PIMCO) Çin iqtisadiyyatının düşməsi 2020-ci ilin birinci rübündə ÜDM-un 6% təşkil edə bilər. Onların sözlərinə görə, bu azalma bütün dünya ölkələrinə təsir göstərəcək. Belə ki, istehsal aktivliyinin dörddə bir hissəsi Çində cəmlənib.
İndiyədək Çində koronavirusa 85 min insan yoluxub, onlardan 4632 nəfər dünyasını dəyişib. Bu göstəricilərə görə ölkə yeddinci yerdədir.

Son xəbərlər
Digər xəbərlər