9 C
Baku
Friday, November 15, 2024

“Boeing” gələn həftədən fəaliyyətini bərpa edəcək

ABŞ-ın ötən ay istehsalını dayandırmış “Boeing” korporasiyası gələn həftədən fəaliyyətini bərpa edəcək.

“Bloomberg” agentliyixəbər verir ki, şirkət ölkənin Vaşinqton ştatının Sietl şəhərindəki “Puget Sound” fabrikində yenidən bütün növ ticari təyyarələrin istehsalına başlayacaq.

“Boeing”in “747”, “767”, “777” və “787” modellərinin istehsal edildiyi həmin fabrikdə təqribən 27 min insan işləyir. Korporasiya burada həmçinin “737 MAX” təyyarələrinin istehsalını bərpa etmək istəyir.

“Boeing”dən o da bildirilib ki, “Puget Sound”dakı fabrik gələn həftə açılsa da, Cənubi Karolinadakı müəssisələr hələ bir müddət bağlı qalacaq. Şirkətin bu açıqlamasından sonra beynəlxalq birjalarda onun səhmləri bahalaşıb.

©Report

Son xəbərlər
Digər xəbərlər