Dünya iqtisadiyyatı hətta 2021-ci ilin sonunadək tam bərpa olunmaya bilər.
Banker.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) baş iqtisadçısı Gita Gopinath bildirib.
BVF-nun qiymətləndirmələrinə görə, bu il dünya iqtisadiyyatı 3% azalacaq ki, bu da 1930-cu illərin “Böyük depressiya” dövründən bəri ən ağır tənəzzül olacaqdır.
Fond gələn il dünya iqtisadiyyatının 5,8% artacağını proqnozlaşdırır. Lakin bu, qismən bərpa olacaq, Gopinaht CNBC-yə verdiyi müsahibədə bildirir.
“Biz 2021-ci ilin sonuna qədər iqtisadi fəaliyyətin səviyyəsinin proqnozlaşdırılandan daha aşağı olacağını gözləyirik”, – iqtisadçı qeyd edir.
“Biz daha çox inkişaf etmiş iqtisadiyyatlara görə narahatıq. Düşünürəm ki, onların vəziyyəti daha ağırdı”.
Xatırladaq ki, daha əvvəl BVF 25 inkişaf etmiş ölkəyə kredit ödənişləri üzrə 6 aylıq möhlət vermişdir.