10 C
Baku
Wednesday, December 11, 2024

Rusiya Mərkəzi Bankı pandemiya fonunda faiz dərəcəsinin endirilməsini mümkün sayır

Rusiya Mərkəzi Bankı aprelin 24-də keçiriləcək iclasda faiz dərəcəsinin endirilməsi məsələsini nəzərdən keçirəcək.

Banker.az xəbər verir ki, bu barədə bankın rəhbəri Elvira Nabiullina məlumat verib.

“Düşünürəm ki, direktorlar şurasının növbəti iclasında faiz dərəcəsinin azaldılması məsələsini əsaslı şəkildə nəzərdən keçirə biləcəyik. Biz həmişə olduğu kimi, müxtəlif iqtisadi ssenarilərin spektrini araşdıracağıq və bunu nəzərə alaraq hansı addımları atmalı olduğumuzu qiymətləndirəcəyik”, – Mərkəzi Bankın rəhbəri bildirib.

Xatırladaq ki, 20 mart tarixində keçirilən son iclasda tənzimləyici faiz dərəcəsini 6% səviyyəsində saxlayıb.

Son xəbərlər
Digər xəbərlər