18 C
Baku
Thursday, November 13, 2025

Şirkətlər 2020-nin ilk rübündəcə bankdan depozitlərinin əsas hissəsini çıxarıblar

“Bank Avrasiya” ASC-nin aktivlərinin həcmi son üç ay ərzində 5% kiçilməklə 162,05 mln. manata düşüb.

Banker.az xəbər verir ki, bu barədə bankın cari ilin 1-ci rübü üzrə maliyyə hesabatında deyilir.

Aktivlərinin 108,34 mln. manatı kredit portfeli təşkil edib ki, bunun da 8,40 mln. manatı istehlak, 60,17 mln. manatı biznes və 39,77 mln. manatı daşınmaz əmlak üzrə verdiyi kreditlər təşkil edib.

Bankın cəmi öhdəlikləri  92,12 mln. manat olub, bu rübün əvvəlində 100,72 mln. manat idi. Öhdəliklərinin azalmasına səbəb kimi, rüb ərzində depozit portfelinin 53,82 mln. manatdan 45,10 mln. manata qədər düşməsini göstərmək olar. Depozitlərdə isə azalmanın səbəbi şirkətlərin (hüquqi şəxslərin) depozitlərini geri çəkməklə (3 dəfə kiçilmə) rüb ərzində 14,84 mln. manatdan 4,98 mln manata düşməsini göstərmək olar. Portfelin qalan 40,11 mln. manatı isə fiziki şəxslərin payına düşür.

Hazırda bankın cəmi kapitalı 69,93 mln. manatdır, bunun 50 mln. manatı səhm kapitalı, 18,16 mln. manatı isə bölüşdürülməmiş mənfəətdir. Bildirək ki, bank ilin yanvar-mart ayları ərzində 145,18 min manat xalis mənfəət əldə edib. Öncəki illə müqayisədə mənfəəti çox olsa da, Bank cari ilin ilk 3 ayı ərzində gəlirləri azalıb. Belə ki, bankın xalis faiz gəlirləri 6% azalmaqla 2,15 mln. manat təşkil edib. Bank əsasən xərclərini azaltma hesabına öncəki illə müqayisədə mənfəət artımına nail olub.

Son xəbərlər
Digər xəbərlər