10 C
Baku
Thursday, December 12, 2024

İcbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayı 99,3 mindən çoxdur

2014-cü ilin iyul ayında 99,307 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur. Bunların 21,4 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,8 milyon manatı ötmüşdür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 36,7%, sığorta haqlarının məbləğində 40,85 % artım müşahidə edilmişdir.

Ümumilikdə cari ilin ilk 7 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 515,7 mindən çox sığorta müqaviləsi bağlanılmış və müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 38,07 milyon manat təşkil etmişdir. 2014-cü ilin ilk 7 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 0,86 %, sığorta haqlarının məbləğində isə 0,53 % artım müşahidə edilmişdir.

Cari ilin iyul ayında orta sığorta haqqı 79,26 manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,34 (iki manat otuz dörd qəpik) manat çoxdur.

Son xəbərlər
Digər xəbərlər