TƏLƏBLƏR:
- Ali və ya orta texniki təhsil;
- Peşəkar ofis mühitində müəyyən təcrübə;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq. Rus və İngilis dilini bilənlərə üstünlük veriləcək;
- Microsoft Office proqramları ilə işləmək və sürətli çapetmə bacarığı;
- Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Müştərilərlə davranış etikası.
Vəzifə öhdəlikləri:
- Ofisə gələn zəngləri və şəxsləri qəbul etmək, onları ehtiyaclarına uyğun olaraq müvafiq şəxslərə yönləndirmək, ofis ləvazimatları və avadanlıqlarının təchizatına nəzarət etmək və bu kimi digər inzibati işlərdə dəstək göstərmək.
FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 15 Avqust 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№483/14) qeyd etməklə göndərə bilərsiniz.
Ünvan: Lənkəran, M.Nəsirli küç., 37/67: TEL: (055) 455 25 71
FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.