13 C
Baku
Friday, November 15, 2024

“General Electric” korporasiyası 15 milyard dollarlıq kredit müqaviləsi bağlayır

Amerikanın “General Electric” korporasiyası borclarının optimallaşdırılmasına başlayır.

Banker.az xəbər verir ki, “Reuters” xəbər agentliyinin verdiyi məlumata görə, şirkət 15 milyard dollarlıq kredit müqaviləsinə imza atıb.

Mövcud razılaşma 17 aprel 2023-cü il tarixinədək qüvvədə olacaq. Onun köməyi ilə şirkətin 20 milyard dollarlıq kredit xətti maliyyələşdiriləcək. Xatırladaq ki, bu kreditin ödənilmə müddəti 2021-ci ilin may ayına təyin edilmişdir.

Kreditləri həcminin azalması bank mənzərəsinin dəyişdiyini göstərir. “Reuters” qeyd edir: şirkətlər Covid-19 pandemiyası fonunda bazar öz üzərində götürdükləri risk üçün daha böyük kompensasiya əldə edirlər.

Son xəbərlər
Digər xəbərlər