6 C
Baku
Sunday, December 15, 2024

“Bank of Amerika” qızılın $3000-dək bahalaşacağını proqnozlaşdırdı

“Bank of Amerika” nın nümayəndələri bildirirlər ki, bir il yarımdan sonra bir unsiya qızılın qiyməti 3000 dollara çatacaq və bununla da indiki rekordu 50% üstələyəcək. Xatırladaq ki, çərşənbə axşamı günü qiymətli metalın dəyəri 1678 dollar təşkil edib.

Banker.az xəbər verir ki, bu il qızılın orta qiyməti 1 unsiya üçün 1655 dollar olub, gələn il isə 2063 dollar olacaq. Hazırkı rekord 1921 dollardır (2011-ci ildə qeydə alınıb). Ümumilikdə, ilin əvvəlindən qızılın qiyməti 11% artım nümayiş etdirib.
Xatırladaq ki, mart ayının sonunda qızıl son 10 il ərzində ən yüksək artım göstərmişdir. Onda dünyanın üç ən böyük qızıl-mədən şirkəri fəaliyyətlərini dayandırdı və ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) istiqrazların məhdudiyyətsiz alışı proqramını elan etdi.

“Qızıl – valyutanın dəyərdən düşməsindən müdafiə kimi istifadə edə biləcəyimiz alətdir. Bir sözlə, son ümidimizdir”, – deyə “Goldman Sachs” analitikləri bildirirlər.

Son xəbərlər
Digər xəbərlər