Böyük Britaniyada yalnız bir gün ərzində yardım üçün 185 mindən çox müəssisə müraciət göndərib. Ümumilikdə, müraciətlərin məbləği 1,5 milyard funt sterlinqi ötüb.
Banker.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat verib.
İngiltərə hökuməti pandemiyada işçilərinə əmək haqqı ödəyə bilməyən şirkətlərə maliyyə dəstəyi vəd edir. Dövlət dəstəyinin 1,3 milyon işçiyə fayda verəcəyi təxmin edilir.
FT-nin qeyd etdiyi kimi, mart-aprel aylarının nəticələrindən sonrakı mənzərə o qədər də təsirli olmamışdır. Müraciətlərin qəbulu başlamamışdan əvvəl mütəxəssislər təxminən 9 milyon insanın zərərini ödəniləcəyini proqnozlaşdırırdılar. Lakin, müraciətlərin qəbulu hələ təzə başlayıb, məmurlar isə artıq qorxu içindədirlər.
Qeyd edək ki, proqnozlara görə ölkədə işçilərin 30%-i işini və ya maaşını itirə bilər.