“Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts (dünyanın ən zəngin insanları sırasında 2-ci yer tutur) və onun həyat yoldaşı Melinda Qeyts 43 milyon dollara San-Diyeqo yaxınlığında okean sahilində ev alıblar.
Banker.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat verib.
Qeyd edildiyi kimi, ev okean sahilində yerləşir, ümumi sahəsi 540 kv. m. təşkil edir. Evdə altı yataq otağı və 10 nəfərlik jakuzi və hovuz var.
Əslində, Bill Qeyts bu evi ilkin qiymətindən daha ucuz alıb. Belə ki, keçən il vəfat edən neft maqnatının (Ti Bun Pikkens) dul xanımı bu evi 48 milyon dollar qiymətinə satışa qoymuşdur.
Xatırladaq ki, Bill Qeytsin sərvəti 102,4 milyard dollar təşkil edir.