10 C
Baku
Wednesday, December 11, 2024

Vergi ödəyicisi VÖEN-ini müvəqqəti dayandırmaq üçün nə etməlidir?

Fəaliyyəti müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış” təqdim edilməlidir. Arayış və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) və ya istifadəçi kodu, parol və şifrə olduqda, fiziki şəxsin fəaliyyəti Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə dayandırıla bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi “Youtube” səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/

Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdir. Bu səbəbdən, əlavə suallar yarandıqda, vergi ödəyicisi qeydiyyatda olduğu vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla aşağıdakı keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilər: https://bit.ly/2UqPoOc

Son xəbərlər
Digər xəbərlər