3 C
Baku
Saturday, December 14, 2024

Ukraynanın qida şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olundu

Azərbaycanda xarici şirkətin nümayəndəliyi ləğv olunub.

Banker.az xəbər verir ki, “FES UKR” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini AZ1029 Bakı şəhəri, Nizami rayonu, Köndələn eninə küçəsi, ev 8, mənzil 2 ünvanına bildirə bilərlər.

Bildirək ki, bu şirkət Ukraynada yerləşir və 2011-ci ildə təsis edilib, qida istehsalı ilə məşğul olan şirkətlərdən biridir. Məhsullarına MacCoffee, MacChocolate, MacFito və. s daxildir.

Onu da qeyd edək ki, “FES UKR” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin qanuni təmsilçisi Rashad Kasumovdur və 2019-cu ildə dövlət qeydiyyatına alınıb.

Son xəbərlər
Digər xəbərlər