“Sycamore Partners” investisiya şirkəti Victoria’s Secret mağazalar şəbəkəsini almaq planlarından imtina etmək qərarına gəlib.
Banker.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat verib.
“Sycamore Partners” qeyd edir ki, “L Brands” şirkətinin (Victoria’s Secret şirktinin ana şirkəti) amerikan brendinin mağazalarını bağlamaq və əksər işçilərini ödənişsiz məzuniyyətə göndərmək qərarı, tərəflər arasında bağlanan razılaşmanın şərtlərini pozur. “Sycamore Partners” məsələ ilə bağlı məhkəməyə müraciət edib.
“L Brands”, öz növbəsində, bu iddianın əsassız olduğunu bildirib. Şirkət “öz hüquqlarını qətiyyətlə müdafiə edəcəyini və razılaşmanın şərtlərini yerinə yetirmək üçün bütün qanuni vasitələrdən istifadə edəcəyini” söyləyib.
Xatırladaq ki, “L Brands” səhmlərinin 55%-ni “Sycamore” şirkətinə satmağa razılaşmışdır. Müqavilənin dəyəri 1,1 milyard dollar təşkil edib.