Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) hansı şəxslərin işaxtaran kimi qeydiyyatdan çıxarılması ilə bağlı suala aydınlıq gətirilib.
Banker.az-ın məlumataına görə, həmin şəxslər aşağıdakılardır:
- Şəxs hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda;
- Şəxsin barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
- İşaxtaran kimi qeydiyyata alındığı tarixdən 2 il ərzində müvafiq İcra Hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 il müddətində.