Qızlar xobbi deyil, onlar sadəcə əyləncə üçündür.
Demək olar ki, hər bir auditoriya dinamik mahnılara üstünlük verir.
Həyatım boyu spirtli içkilərdən istifadə etməmişəm.
İnsanlar arasına çıxdıqda mən sadə geyinməyi sevirəm. Səhnədə isə mənim geyimim heç vaxt olmadığı qədər parlaq və dəbdəbəli olmalıdır.
İndi mənim anam şəhərə gedə və istədiyini rahatlıqla ala bilir. Bu məni dəhşətli dərəcədə xoşbəxt edir.
- Bütün həyatım boyu mən yaxşı yaşamışam. Bizim heç vaxt kifayət qədər pulumuz olmayıb, amma bilirsiniz, biz heç vaxt ac qalmamışıq. Buna görə taleyə təşəkkür etməyə dəyər.
- Mən həyatım boyu yalnız bir dəfə uşaq olanda – yumurta oğurladığımda xoşagəlməz vəziyyətə düşmüşdüm. Mənə elə gəlir ki, pisi yaxşıdan seçməyi bacarıram.
- Mənim şöhrətdən ona görə xoşum gəlir ki, məşhur olduqda dostun da çox olur.
- Sun Records studiyasına gəldikdə burada əyləşən bir oğlan mənim adımı yazdı və bildirdi ki, nə vaxtsa zəng eliyəcək. Yarım il sonra o həqiqətən zəng elədi və mən o studiyaya gedərək ilk “That’s All Right, Mama” mahnımı yazdırdım.
- Öz tamaşaçılarıma baxıram və hiss edirəm ki, biz birlikdə nədənsə pis bir şeydən xilas oluruq. Bizdən heç birimiz bunun nə olduğunu bilmir. Vacib olan odur ki, biz xilas oluruq və bunda da heç kimə zərər yetirmirik.
- İlk aldığım maşın həyatımda ən gözəl maşın idi. O ikinci əl maşın olsa da onu aldığım gündən otelin qarşısında saxladım və bütün gecə yatmayaraq ona tamaşa etdim.
- Mən xahiş edən hər kəsə mütləq avtoqraf verirəm.
- Qolf və tennisdən xoşu gələn heç kimlə mübahisə etmirəm, amma özümündə boks, futbol, karate və s. kimi sərt idman növlərindən xoşum gəlir. Futbol oynamaq mənim ən böyük xəyalımdır.
- Mən başqalarının oxuduğu kitabları oxumuram. Çoxlu fəlsəfə və bəzən şeirlər oxuyuram. Məni belə şeylər maraqlandırır.
- Böyüdükcə hər şeyə bir az fərqli şəkildə baxmağa başlayırsan.
- Çalışmaq lazımdır ki, ətrafında sənə az da olsa xoşbəxtlik gətirə biləcək insanlar olsun. Çünki yalnız bir dəfə dünyaya gəlirik, dostum!